Əlaqə Arxiv
news Image
2013.05.24
18:00
| A A A
IQ-sü yüksək olanlarda daha çoxdur!
Alimlər insanı nəyin ağıllı etdiyini anlamağa çalışıb. Bu da nəticə!

Movqe.Az xəbər verir ki, IQ-sü yüksək olan kəslərin beyninin, lazımlı olmayan məlumatları "filtrələyə bildiyi" təyin olunub. ABŞ-dakı Roçester Universitetindən olan elm insanları, insanı nəyin ağıllı etdiyini anlamağa çalışıb. "Current Biology" jurnalında nümayiş olunan araşdırmada, elm insanları, iştirakçılara bəzi qısa video görüntüləri izlədib və bu sırada kompüter ekranında hərəkət edən qara və ağ çubuqların istiqamətini müəəyən etməyə çalışıb. Bəzi görüntülər ekranın yalnız mərkəzini örtəcək qədər kiçik, bəziləri isə hamısını örtəcək qədər böyük idi. İştirakçılardan çubuqların sağa yoxsa sola hərəkət etdiyini müəyyən etmələrini istəyən elm insanları, bu kəsləri sabit zəka testinə də aid edib. "Ağıllı kəslər", kiçik görünüşü izləyərkən çubuqların hərəkətlərini daha tez hiss edib. Lakin görüntü böyüdükcə "ağıllı" insanların, hərəkəti müəyyənləşdirməkdə daha yavaş olduğu deyilib. IQ-sü yüksək kəslərin geniş arxa plandakı hərəkətləri qəbul etməkdə yavaş olduğu, çünki beyinlərinin lazımlı olmayan məlumatı filtrələyə bildiyini vurğulayan elm insanları, zəkanın tək indiqatorunun bu olmadığına diqqəti çəkərək, mövzuyla bağlı başqa araşdırmaların edilməsi lazım olduğunu ifadə edib.


Sizin Reklam Yeriniz