Əlaqə Arxiv
news Image
2013.05.27
18:12
| A A A
Dünyanın ilk "lego" məktəbi açılır

"Lego", uşaqlara xüsusi yaradıcılıq və oyun üzərinə sıxlaşan universal təhsil standartlarına uyğun yeni bir məktəbi Danimarkada açmağa hazırlaşır. Movqe.Az-ın məlumatına görə, Ən sevilən uşaq oyuncaqlarından biri olan "lego", məktəb olaraq avqust ayında qapılarını açmağa hazırlaşır. "International School of Billund" bu il yaşları üç və yeddi arasında dəyişən uşaqları qəbul edəcək. Danimarkadakı məktəbin, məktəb əvvəli dövrdən başlayaraq 16-cı yaşa qədər təhsil verməsi planlaşdırılır. "Lego" məktəbinin müdiri olması üçün Avropa, Afrika və Cənubi Amerikada bir çox beynəlxalq məktəbi idarə edən keçmiş fizik Riçard Mateus ilə görüş keçirilib. "Cnet" saytının xəbərinə görə, məktəbin ödənişi məktəb əvvəli sinif üçün ayda təxminən 450 dollara yaxın, digər sinif şagirdləri üçün isə ayda 510 dollara yaxın olaraq təyin olunub. Məktəb puluna yemək və nəqliyyat daxildir. Məktəb, keçmiş "lego" qrupunun rəhbəri Kjeld Kirk Kristiansenin fikri olaraq ortaya çıxıb. Billundda doğulan Kristiansenin babası da "lego" şirkətini burada quraraq, kiçik şəhəri yalnız "lego"nun ümumi mərkəzi deyil, eyni zamanda bütün dünya uşaqlarının paytaxtı etmək istəyib.

Sizin Reklam Yeriniz