Əlaqə Arxiv
news Image
2013.05.29
14:08
| A A A
Uzun ömrün 8 sirri

Alimlərin araşdırmalarına görə, ən çox rast gəlinən ölümlə nəticələnə bilən xəstəliklər arasında ürək böhranı, iflic, ağciyər xərçəngi, prostat vəzi xərçəngi ön sıralarda durur. Mütəxəssislər bu xəstəliklərə qarşı hansı qida məhsullarının faydalı olduğu barədə danışıblar. Mövqe.az Türkiyə mətbuatına istinadən insanı öldürə bilən xəstəliklər və onların çarələrini sizə təqdim edir:


1. Ürək xəstəlikləri (Çay)


Hər 3 saniyədə bir insan ürək xəstəliyindən həyatını itirir. Mütəxəsssislər isə, bu ölümlərin 80 % azaltmağın mümkün olduğunu düşünürlər. Gündə 2 stəkan çay içmək ürək xəstəliyi riskini 25 %  azaldır.  



2. İflic (İspanaq)


Kişilərin 1/5-i iflic keçirir. Bunların isə, yarısından çoxu ölümcül olur.  İspanaq yiyənlər isə, 30 %  iflicdən qorunmuş olurlar. 



3. Ağciyər xərçəngi (Fındıq)


Hesablamalara görə, ağciyər xərçəngi digər xərçəng növlərindən daha ölümcüldür. Siqaret çəkməyənlər 90 % , çəkməyi tərgidənlər isə, 70 %  bu xəstəliyə tutulmurlar. Fındıq yemək isə, riski 48 %   azaldır.  



4. Bağırsaq xərçəngi (Su) 


Ən ölümcül üçüncü xərçəng növüdür. Amma tez müalicə olunarsa, yaxşılaşma şansı yüksəkdir. Bol su içib, az yemək isə, bağırsaqlarınızı 20 % sağlam saxlayar. 



5. Tənəffüs yolu xəstəlikləri (Kivi) 


Hər il bronxit, sətəlcəm kimi tənəffüs yolu xəstəliklərindən 3 milyon insan ölür. 

Kivi möcüzəvi şəkildə tənəffüs sistemini 38 % qoruyur. Çəkməsəniz belə, passiv yolla siqaret tüstüsünü qəbul etmək xəstəlik riskinizi 26 % artırır. 



6.  Prostat xərçəngi (Acı bibər)


Kişilərin prostat xərçənginə tutulma halları ağciyər, bağırsaq və beyin xərçənginə tutulma hallarının cəmindən daha çoxdur. Nizamlı cinsi həyat 34 %, acı bibər isə, 20 % prostat xərçənginin qarşısını alır. 



7. Qaraciyər xəstəliyi (Tərəvəz)


İçki içənlərin qaraciyərlə bağlı problemi olması qaçılmazdır. Bu vəziyyət isə, əksəriyyət halda ölümlə nəticələnir. İçki içməyənlər 85 %, tərgidənlər 60 % qaraciyərini qorumuş olur. Vegetarian qidalanma isə, riski 36 % azaldır. 



8. Böyrək xəstəliyi ( Qızıl balıq)


1970-ci ildən bəri böyrək çatışmazlığından ölənlərin sayı hər il iki dəfə artır. Bol su içmək böyrəyinizin sağlam qalmasını 80 %  təmin edər. Qızıl balıqda olan vitamin isə, böyrəklərinizi 70  % qoruyar. 



Sizin Reklam Yeriniz