Əlaqə Arxiv
news Image
2013.05.29
17:55
| A A A
Ağlayan qızını soyuducuya qoydu

ABŞ-ın Vaşinqton əyalətində 6 həftəlik qızını ağlamağını dayandırsın deyə soyuducuya qoymaqla günahlandırılan atanın girov ödənişi 1 milyon ABŞ dolları olaraq təyin olunub. Movqe.Az-ın məlumatına görə, Roy şəhərində meydana gələn hadisədə, 25 yaşlı ata Tayler Ceyms Deuçun, 6 həftəlik körpəsini təxminən bir saat -12 dərəcəlik aoyuducuya qoyduğu bildirilib. Günahını qəbul etməyən Ceymsin pul cəzası ilə sərbəst buraxılması üçün 1 milyon ABŞ dolları istənib. Prokuror Mark Lindkuist, həkimlərin körpənin yaşayacağına inandığını, ancaq potensial ağırlaşmaları bilmək üçün hələ çox erkən olduğunu söyləyiblər. Prokurorlar, təxminən bir saat soyuducuda qalan körpənin bədən istiliyinin 29 dərəcəyə düşdüyünü, eyni zamanda qıçının və qolunun qırıldığının, başında yara olduğunun təsbit edildiyini açıqlayıblar. Ceymsin, kömək üçün polisə zəng vurmağa çalışan körpənin 22 yaşlı anasının əlindən telefonu almaqda təqsirləndirildiyi də bildirilib.

Sizin Reklam Yeriniz