Əlaqə Arxiv
news Image
2013.06.03
14:32
| A A A
Lavanda haqqında bilmədiklərimiz

Qoxusuyla insana dinclik və rahatlıq verən lavanda bitkisinin çay və yağı olduqca faydalıdır. Mövqe.az Türkiyə mətbuatına istinadən lavandanın xeyirli xüsusiyyətlərini sizə təqdim edir: 



Lavanda yağı saç dərisinə çəkildikdə saç tökülməsini azaldır.


Lavanda yağını  gözə kompres etdikdə gözləri qüvvətləndirir və rahatlıq verir.


Qarnın şişkinliyini və miqren ağrılarına faydalıdır. 


Lavanda suyu ilə dərini təmizlədikdə dəriyə canlılıq verir. 


Sızanaq və aknelərin solmasına köməkçi olur.


Lavanda yağı dəridə sərtləşmiş bölgələri yumşaldır.


Yemək və salatlara 2-3 damcı lavanda yağı qatmaq cinsi gücü artırır.


Sidikqovucu xüsusiyyətlərə malikdir. 


Lavanda yağını ekzema, yanıq, sədəf, akne kimi dəri xəstəliklərində istifadə etmək faydalıdır.


Bu bitki, xüsusilə, qaraciyərə çox faydalıdır. Qaraciyərin nizamlı işini təmin edir. Qaraciyər çatışmazlığı, hepatit B və C, sarılıq kimi xəstəliklərdə xeyirlidir. 


Lavanda çayı revmatizm ağrılarını yüngülləşdirir.


Qeyd etmək lazımdır ki, lavanda yağından həddindən artıq istifadə etmək zərərlidir. 5-6 damcıdan çox qəbul etmək olmaz. Spirtli içki içənlər, hamilə qadınlar və südverən analar lavandadan istifadə etməməlidirlər. 


Sizin Reklam Yeriniz