Əlaqə Arxiv
news Image
2013.06.03
18:56
| A A A
Acer 8-düymlük Windows tabletini nümayiş edəcək

Movqe.Az xəbər verir ki, Acer, Iconia W3 ilə notebook performansını iPad Mini ölçüsünə endirib. Iconia W3 bu sayədə masaüstü istifadəsini əllərinizin arasına sığdırır. Microsoftun gələn ay reallaşdırılacaq BUILD konfransı ərzində 8-düymlük Surface tableti tanıtması gözlənilir. Iconie W3, Windows 8 əməliyyat sistemi yüklənmiş şəkildə gəlir. Firma tabletin iş sahələri əvəzinə ailə və tələbə istifadəsinə uyğun olduğunu söyləyib. İstifadəçi istəsə Bluetooth əlaqəsi ilə klaviatura da bağlaya bilər. Tablet içərisində İntel Atom prosessor var. Batareya istifadə müddətinin isə 8 saat olduğu ifadə edilib. 12mm qalınlığında Iconia W3, 720p keyfiyyətində görüntü verə bilir. Həmçinin microUSB və microHDMI çıxışları var. Bu sayədə TV, monitor və ya proyektor cihazlarına bağlana bilir. Iconia W3, 32 GB və 64 GBlık modellərlə bazara çıxarılacaq. 4 İyundan etibarən ABŞ müştəriləri əvvəlcədən sifariş verə biləcək. Qiymətinin isə 379 dollar olacağı açıqlanıb.

Sizin Reklam Yeriniz