Əlaqə Arxiv
news Image
2013.06.04
16:44
| A A A
Üçüncü dəfə əkiz uşaqları oldu

Şotland Karen Rocer 500 min nəfərdən bir görünən ehtimalı reallaşdıraraq üçüncü dəfə əkiz uşaq anası olub. Movqe.Az-ın məlumatına görə, Karen Rocer və həyat yoldaşı Kolin Rocer keçən həftə üçüncü üçüz Rouan və İslanı qucaqlarına alıblar. Əkiz qızların doğumu ailə üzvlərinin sayını səkkizə yüksəldib. Rəqs müəllimi olan 41 yaşlı Karen Rocer, "Bu dəfə son ana qədər cinsiyyətlərinə öyrənmədik, amma dörd kişidən sonra qız uşaqların doğulmasına çox sevindim" deyib. 44 yaşındakı ata Kolin Rocer isə "qızların doğulduğuna çox sevindim, amma gələcəkdə qardaşları olsa mənim üçün çətin olacaq" deyərək zarafat edib. Cütlüyün Finn və Kayle adlarında 14 yaşında ilk əkizləri, Levis və Cud adlarında ikinci əkizləri bacılarının doğumu səbəbiylə sevincdən havalara uçublar.

Sizin Reklam Yeriniz