Paulo Koelyo üsyan etdi
Movqe.Az xəbər verir ki, məşhur Braziliyalı
yazıçı Paulo Koelye, Tvitterdən atdığı mesajla "Özümüzdən utanaq,
Türkiyədə etirazçılara atılan bibər qazları Braziliya malıdır"
deyib. Koelye mesajına həmçinin Türkcə yazılarla "Made in Brazil"
qeydi və bir Braziliya bayrağı simvolu olan qaz balonu fotoşəkili
də əlavə edib. "Kimyagər" romanıyla yalnız Azərbaycanı deyil, bütün
dünyanı ovsunlayan Koelyenin "Rio Piedrtanın Sahilində Oturdum və
Ağladım", "On bir dəqiqə", "Əlif", kimi romanları da
Azərbaycan dilinə çevrilmiş və çoksatılan kitablar siyahılarını
alt-üst edib.