Əlaqə Arxiv
news Image
2019.11.18
18:29
| A A A
Vüsalədən daha bir möhtəşəm rəqs - VİDEO

Əlil arabasında rəqs idman növü üzrə para-idmançı Vüsalə Kərimova qatıldığı toy məclisində rəqsi ilə yenə hər kəsi heyran edib.

Mövqe.az qafqazinfo-ya istinadən xəbər verir ki, hazırda ASAN xidmətdə çalışan idmançı öz həmkarı ilə rəqs edib. Fotoqraf Zeynal Məmmədlinin kadra aldığı görüntülər izləyicilər tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, V. Kərimova 15 yaşında onurğa sütunundan aldığı travmadan sonra əlil arabası istifadəçisidir.

İdmançı Tayvanda "Open Taipei City Cup" yarışmasında bürünc mükafatçı, Dünya Kuboku, Dünya və Avropa çempionatlarının iştirakçısı ve finalçısı, Qılıncoynatma üzrə Qadınlar arasında Azərbaycan ikincisidir.

 

Sizin Reklam Yeriniz