Əlaqə Arxiv
news Image
2013.06.06
18:45
| A A A
IKEA fincanları geri qaytarılıb

İsveçin mebel şirkəti IKEA, "Lyda Jumbo" markalı fincanlarını geri alıb. Movqe.Az-ın məlumatına görə, mövzu ilə əlaqədar şərh verən IKEA, fincanın isti içki doldurulduğu zaman qırıla biləcəyi xəbərdarlığını edib. Şirkət, fincanları geri qaytaran müştərilərə ödədikləri ödənişi də geri verəcək. İndiyə qədər dünya daxilində bu fincanlar haqqında 20 dəfə şikayət hesabatı alan şirkət, Almaniyadan da şikayətlərin gəldiyini açıqlayıb. Şirkətin digər fincan növlərində isə belə bir vəziyyətin olmadığı qeyd edilib. Təhlükəli fincanların satışı avqust 2012 və aprel 2013 tarixləri arasında reallaşıb.

Sizin Reklam Yeriniz