Hirslənmək kimi ruhi vəziyyətləri ifadə etməyin ürək ritmini dəyişdirdiyi təyin olunub. Movqe.Az-ın məlumatına görə, ABŞ-dakı "Carnegie Mellon" Universitetindən Karim Qəssam və Kaliforniya Universitetindən Uendi Mendesin apardığı araşdırmada, iştirakçılardan çətin riyaziyyat problemlərini həll etmələri istənilib. Əsəbləşməyə gətirib çıxaran riyazi məsələlərdən sonra bəzi iştirakçılardan hisslərini ifadə etmələri üçün "Bu an adamı çox hirsdəndirir" kimi sualların olduğu bir anketə cavab vermələri istənib. Bəzi iştirakçılar isə hisslərini ifadə etməyən suallara cavab veriblər. Anketdə, hirsini "ifadə edən" bu kəslərin ürək atışının yavaşladığı və damarlara gedən qan həcminin azaldığı görülüb. Elm insanları, həssas halın sadəcə ifadə edilməsinin bədənin bu vəziyyətə verdiyi reaksiyaya çox əhəmiyyətli təsiri olduğunu vurğulayıblar. Araşdırma, "PLoS ONE" jurnalında nəşr olunub.