Əlaqə Arxiv
news Image
2019.11.26
22:29
| A A A
Qaza qənaət etməyin yolları - Həm istilik, həm az borc üçün bunları edin

Havalar soyuduqca evi isitmək üçün lazım olan qaza ehtiyac artır. Kombilərin daha yüksək tempereatura qoyulması ay sonunda daha çox qaz borcunun yaranmasına gətirib çıxarır.

Mövqe.az Türkiyə mətbuatına istinadla kombidəki istiliyin səmərəli şəkildə istifadə olunması ilə bağlı mühüm məlumatları təqdim edir:

1. Radiatorun arxasına folqa kağızı qoyun. Bu cihazdan çıxan istiliyin divara yönəlməsinin qarşısını alaraq, birbaşa otağa yayılmasına kömək edir.

2. Evin pəncərələrini ikiqatlıya dəyişin.

3. Ev isinən zaman kombini söndürmək əvəzinə, temperaturunu azaldın. Çünki kombi hər dəfə yenidən yandırılan zaman əlavə enerjiyə ehtiyac duyur.

4. Mümkün olduqca paltarlarınızı otaqda və radiatorun üzərində qurutmayın.

5. Evinizi rütubətə davamlı suvaqla suvayın.

Sizin Reklam Yeriniz