Tanınmış tibb jurnalı "Lancet"də (LANSET) nəşr olunan araşdırma nəticələri düzgün qidalanmağın insan sağlamlığı üçün nə qədər əhəmiyyətli olduğunu bir dəfə də təsdiqləyib. Movqe.Az xəbər verir ki, araşaırmaya görə, qidalanma pozuntusu səbəbiylə hər il beş yaşa çatmamış üç milyondan çox uşaq ölür. Həyatın ilk min günündə, yəni doğumdan iki yaşına qədər olan dövrün insan sağlamlığı üzərində qalıcı təsirləri olduğunu ortaya qoyan araşdırmada, qeyri-kafi və balanssız bəslənmənin ciddi bir iqtisadi təsiri olduğuna da işarə edilir. Birləşmiş Millətlər Təşkilatının qısa vaxt əvvəl nəşr etdiyi bir hesabata görə, bəslənmə pozuntusu və buna bağlı olaraq ortaya çıxan sağlamlıq problemləri və əmək itkisi dünyaya adam başına 500 dollara başa gəlir. ABŞ-da edilmiş bir başqa araşdırmada, 2011-ci ildə 165 milyon uşaqda boyun çıxmaması, 50 milyon uşaqda da boya görə aşağı kilo olduğu təsbit edilib. Araşdırma aparan insanlar, qeyri-kafi və balanssız qidalanma ilə əlaqədar olaraq, uzlaşma təmin edilmiş 10 dəyişikliyin dünya daxilində 90 faiz nisbətində tətbiq edərək 34 ölkədə 900 min həyatın xilas ola biləcəyini qeyd ediblər.