Əlaqə Arxiv
news Image
2013.06.10
16:55
| A A A
100 min il sonra insan

İngilis tədqiqatçı Nikolay Lamm, ABŞ-lı genomik mütəxəssisi Alan Kvandan aldığı dəstəklə min illər ərzində dəyişikliyə uğrayan insan üzünün 100 min il sonra necə görünəcəyini çəkib. Movqe.Az-ın məlumatına görə, Lammın ən inkişaf etmiş texnologiyanı istifadə edərək kompüter vasitəsilə əldə etdiyi şəkillərdə 100 min il sonra insan üzünün xüsusiyyətləri belə olacaq: "Burun daha düz, gözlər daha böyük və diqqətə çarpan olacaq. Gözün baxış sahəsi genişlənəcək. Göz qapaqları daha qalın, üzün bütün xəttləri daha diqqətə çarpan olacaq. Alın daha geniş olarkən, üzün sol və sağ hissələri arasında qüsursuz bir simmetriya olacaq. Üzün dərisi isə ultrabənövşəyi şüalardan qorunmaq üçün daha çox piqment ehtiva edəcək. Burun dəlikləri daha çox oksigen almaq üçün daha böyük olacaq."

Sizin Reklam Yeriniz