Əlaqə Arxiv
news Image
2013.06.10
17:29
| A A A
Bu restoranda bəxşiş almaq qadağandır

ABŞ-ın Nyu York şəhərindəki suşi restoranı "Sushi Yasuda" işçilərinin bəxşiş almasını qadağan edib. Movqe.Az-ın məlumatına görə, keçən ay başladığı tətbiqi zamanı menudakı qiymətləri də artıran restoranın sahibi olan Skott Rosenberq, "İşçilər yaxşı qazanır bu səbəblə bəxşişə ehtiyacları yoxdur" deyib. Müştərilər hesablarında və menyuda bu yazıyla qarşılaşırlar: "Yaponiyadakı ənənəyə uyğun olaraq "Sushi Yasuda"nın işçiləri aldıqları maaşla dolana bilirlər. Bu səbəblə bəxşiş qəbul edilmir. Təşəkkür edirik." ABŞ-da bəxşiş qəbul edilməyən tək restoran olduqlarını söyləyən Roseberq, "Hər zaman yeməyin sonunda bəxşişin düşünülmədiyi bir restoran arzusunda olmuşam və nəhayət öz restoranımda bu arzum gerçək oldu" deyib.

Sizin Reklam Yeriniz