Əlaqə Arxiv
news Image
2013.06.10
18:48
| A A A
2 milyon insan bu yürüyüşü izləyib

ABŞ-da ən böyük etnik yürüyüşlərdən biri sayılan "Puerto Riko Günü" yürüyüşü Nyu Yorkda keçirilib. Movqe.Az-ın məlumatına görə, Nyu Yorkun simvollarından olan 5-ci küçədə reallaşan yürüyüşə on minlərlə insandan əlavə Nyu York qubernatoru Andru Kuomo, bələdiyyə başçısı Maykl Blumberq, siyasətçilər, sənətçi və din xadimləri qatılıb. Təxminən 2 milyon tamaşaçının izlədiyi fəaliyyət, bir çox milli kanal tərəfindən canlı yayımlanıb. Bu ilki məqsədi "sağlamlıq" olaraq təyin edilən yürüyüş müddətində Nyu York prospektlərində 'Yaşasın Porto Riko' şüarları eşidilib. Bir polisin tamaşaçılardan birinə atdığı yumruqla keçən il gündəmə gələn yürüyüşdə bu il ciddi bir hadisə yaşanmayıb. Fəaliyyətdə vəzifə yerinə yetirən polislərin sayının gözləniləndən az olduğu müşahidə edilib. ABŞ-ın 51-ci əyaləti olması müzakirə edilən Porto Riko, Nyu Yorkda yaşayan ən böyük ispan qrupunu təmsil edir. Şəhərdə yaşayan təxminən 2 milyon ispanların 700 mindən çoxunun Porto Rikadan olduğu güman edilir. 

Sizin Reklam Yeriniz