Dünyanın ən yüksək fırlanan göydələni
Birləşmiş Ərəb Əmirliklərindən bir bina rekordu daha gəlib. Movqe.Az-ın məlumatına görə, Dubayda dünyanın ən yüksək fırlanan göydələni açılıb. 310 metr yüksəklikdəki binanın hər qatı ayrı-ayrı fırlanır. Bina 75 mərtəbədən ibarətdir. Ən böyük xüsusiyyəti hər qatının öz ətrafında fırlana bilməsidir. Və bu xüsusiyyətiylə dünyanın ən yüksək fırlanan qülləsi rekorduna sahib olub. 7 ildə tamamlanan qüllə 272 milyon dollara başa gəlib. Göydələndəki 495 dairənin 80 faizi artıq satılıb. Dubay, 828 metrlik dünyanın ən yüksək binası Burc Xəlifənin yanında 414 metrdən 355 metrə dəyişən yüksəklikdə çox sayda göydələnə ev sahibliyi edir.