Əlaqə Arxiv
news Image
2013.06.12
15:30
| A A A
Dünyanın ən yaşlı insanı öldü

Movqe.Az xəbər verir ki, dünyanın ən yaşlı insanı Jiroemon Kimura, 116 yaşında dünyasını dəyişib. Kimuranın təbii səbəblər səbəbindən öldüyü açıqlanıb. Yaponiyanın paytaxtı Tokionun cənub-qərbindəki Kyotoda yaşayan Kimura, bu gün həyata gözlərini yumub. 1897-ci ildə dünyaya gələn Kimuranın xəstəxanada öldüyü bildirilib. Kimura, Amerikada yaşayan 115 yaşındakı Dina Manfredininin ötən dekabr ayındakı ölümüylə ən yaşlı adam ünvanını almışdı. Kimura, ötən aprel ayında isə 116 yaşına qədəm qoymuşdu. Jiroemon Kimuranın 25 nəvəsi və 13 nəvə uşağı var. Siqaret istifadə etmədiyini söyləyən Kimura, ağır yemək yeməkdən də qaçındığını bildirib. Kimura, sirrinin "az ye, uzun yaşa" olduğunu vurğulamışdı.

Sizin Reklam Yeriniz