Əlaqə Arxiv
news Image
2013.06.13
15:17
| A A A
Ölkəyə oyuncaq passportu ilə girdi

Doqquz yaşlı Emili Harrisin Antalya Hava limanından Türkiyəyə oyuncaq ayısına aid bir oyuncaq passportla girdiyi bildirilib. İngilislər isə hava limanı işçilərinin çox böyük ehtimalla bunun bir oyuncaq passport olduğunu bildiklərini, ancaq kiçik qızı sevindirmək içim möhür vurduqlarını güman edirlər. Movqe.Az "Daily Mail"in xəbərinə istinadən bildirir ki, tətil etmək üçün İngiltərədən Antaliyaya gələn Harris ailəsi hava limanı gömrüyündə maraqlı bir macəra yaşayıblar. Harris ailəsi passport yoxlanışı zamanı ana Niki, doqquz yaşındakı qızı Emiliyə səhvən oyuncaq ayısının oyuncaq passportunu verib. Olub keçənləri anlamayan Emili içində oyuncaq ayısının şəkli olan passportu vəzifəli polis məmuruna uzadıb. Polis məmuru üzərində oyuncaq ayının adı olan Lili Harris yazılı passporta möhür vurmazdan əvvəl Emilinin yaşını soruşub və sonra passporta möhür vurub. Harris ailəsi yaşadıqları macəranı ancaq passportları təkrar çantalarına qoyarkən görüblər. Ana Niki Harris, nə ölçüsü, nə də şəkil olaraq gerçək ingilis passportuna heç bənzəməyən passporta möhür vurulmasından sonra polislərin gəlib onları tutacaqlarını gözlədiyini söyləyərək, "Amma heçkim gəlmədi. Passportun içində və üstündə oyuncaq ayının fotoşəkili var idi" deyib. Oxucular isə xəbərə şərh edərək vəzifəlinin bunun bir oyuncaq passport olduğunu bilib, ancaq tətildəki kiçik qıza gözəl bir jest etmək istədiyi ehtimalı üzərində fikir irəli sürüblər.

Sizin Reklam Yeriniz