Əlaqə Arxiv
news Image
2013.06.13
17:00
| A A A
Aşağı belli şalvarlar qadağan edildi

Movqe.Az xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının Nyu Cersey əyaləti sərhədləri daxilində yerləşən bir sahil şəhəri, beldən aşağı cins şalvarları və şortikləri qadağan edib. "Wildwood" şəhərinin Bələdiyyə Başçısı Ernest Troiano, bu cür şalvar və şortiklər geyinən və alt paltarları görünən gənclər səbəbiylə turistlərdən çox sayda şikayət aldıqlarını söyləyib. Bu şikayətləri qiymətləndirən Bələdiyyə Başçısı, beldən 7,5 santimetr aşağı geyimlər geyilməsini qadağan edən qayda tətbiq edib. Yenə müdiriyyətə uyğun olaraq, sahil kənarındakı yolda gedənlər köynək və ayaqqabı geymək məcburiyyətində qalacaqlar. Qadağaya uymayanlar ilk dəfə 25-100 dollar arasında dəyişən cəzalara, hərəhətin təkrarlanması vəziyyətində isə 200 dollar və ya 40 saat dövlət xidməti etmək cəzası alacaqlar.


Sizin Reklam Yeriniz