Diqqət, "e-mail" hesablarınız silinə bilər
Son 1 ildir istifadə edilməyən "Yahoo" hesabları bağlanılacaq. Hesablarının bağlanılmasını istəməyən istifadəçilərin, 15 iyula qədər ən az bir dəfə "e-mail" ünvanlarına daxil olması lazımdır. Movqe.Az "Indiane Express"in xəbərinə istinadən bildirir ki, "Yahoo" etdiyi bir xəbərdarlıq ilə 1 ildir aktiv olmayan hesabları 15 iyuldan etibarən təmizləyəcəyini açıqlayıb. "Yahoo", şərhində beləcə aktiv istifadəçilərin davamlı istədikləri, ancaq başqasında qeydli olduğu üçün istifadə edə bilmədikləri hesabları ala bilmə şansının olacağını qeyd edib.