Əlaqə Arxiv
news Image
2013.06.18
17:12
| A A A
Dünyanın ən sürətli komputeri

Movqe.Az xəbər verir ki, Çin tərəfindən təkmilləşdirilən super kompüterin dünyanın ən sürətli kompüteri ünvanını qazandığı bildirilib. Şinhua agentliyinin dünyanın ən sürətli 500 kompüterinin təyin olunduğu "TOP500 layihəsinə" əsaslanaraq verdiyi xəbərdə, Çin Milli Müdafiə Texnologiyaları Universitetinin inkişaf etdirdiyi "Tienhı-2" adlı kompüterin birinci olduğu qeyd edilib. Tienhı-2in ABŞ-ın daha əvvəl dünyanın ən sürətli kompüteri seçilən Titanda bu ünvanı aldığı yazılarkən, Çin malı super kompüterin saniyədə 33,86 petaflop əməliyyat tutumuna sahib olduğu bildirilib. Dünyanın ən sürətli kompüterləri sıralamasına görə Çindən Tienhı-2 saniyədə 33,86 petaflop əməliyyatla birinci, ABŞ-dan Titan 17,59 petaflop əməliyyatla ikinci və yenə ABŞ-dan Sequoia 17,17 petaflop əməliyyatla üçüncü sırada qərarlaşıb. Siyahıda ən çox super kompüterin ABŞ-da olduğu yazılıb, bu ölkəni Çin, Yaponiya, İngiltərə, Fransa və Almaniyanın izlədiyi qeyd edilib. Dünya daxilində super kompüterlərin təyin olunduğu "TOP 500" siyahısı 1993-cü ilin iyunundan bu yana ildə iki dəfə hazırlanır.

Sizin Reklam Yeriniz