Əlaqə Arxiv
news Image
2013.06.19
16:33
| A A A
Bu qız bakirəliyini yetimlərə görə satır

Almatı universitetinin 20 yaşlı tələbəsi uşaq evlərində yaşayan yetimlərə kömək etmək üçün öz bakirəliyini satışa çıxarıb.


Gün.Az-ın "Life News"-a istinadən verdiyi xəbərə görə, Mədinə V. tibbi saytların birində yerləşdirdiyi elanda öz bakirəliyini 10 min dollara təklif edib.


"Bu, mənim üçün ciddi addımdır. Mən ailənin tək və sevimli uşağıyam. Valideynlərim uşaqlığımdan mənim nazım ilə oynayıblar. Ona görə də ana qayğısı görməmiş uşaqlara mənim yazığım gəlir. Onlara kömək etmək istəyirəm", - deyə Mədinə V. "Life News"-a bildirib.


Ancaq qız onlara daha sadə yolla da kömək edə bilərdi: məsələn, öz təqaüdünü və valideynlərinin ona ayırdığı cib xərclərini bağışlamaqla. Ancaq Mədinə V. hesab edir ki, bu pullar o qədər azdır ki, onun özünün xərclərinə çox çətin çatır.


"Mən öz bakirəliyimi 10 min dollara satmaqdan başqa bir yol tapmadım. Üstəlik sevgilim də yoxdur və bu addım xəyanət olmayacaq", - deyə tələbə qız bildirib.


Mədinənin bakirəliyini satışa çıxarmasından və xeyriyyə məqsədlərindən hələ ki valideynlərinin xəbəri yoxdur. O qorxur ki, nə vaxtsa bu sirrin üstü açılacaq. "Mən müsəlman ailəsindənəm, ona görə də bu qərarım yaxınlarımı şoka salacaq. Ancaq hesab edirəm ki, xeyriyyə məqsədi ilə bunu etdiyimdən burada ayıb bir şey yoxdur", - deyə Mədinə bildirib.

Sizin Reklam Yeriniz