Movqe.Az xəbər verir ki, Heç bir yemək və ya pəhriz xərçəngi müalicə edə bilməz. Lakin bəzi qidalar müalicənin səbəb olduğu əks təsirlərin azaldılmasına və müalicədən sonra bədənin yaxşılaşmasına kömək olur. Bəzi qidalar xərçəng müalicəsinin daha təsirli olmasına və ya sizi sağlam saxlamağa kömək edə bilər. Bəziləri isə təhlükəli ola bilər, müalicə və yaxşılaşma müddətini çətinləşdirə bilər.
Sağlam kiloda olmaq
Sağlam bədən çəkisi döş xərçənginin təkrarlanma riskini azaltmağa kömək edir. 2005-ci ildə edilən bir araşdırmaya görə, döş xərçəngi diaqnozu qoyulduqdan sonra kilo alan qadınlarda xərçəngin yenidən ortaya çıxma riskində artım müşahidə edilmişdir.
Sağlam kilonu qorumaq və xərçəngin ortaya çıxma riskinə maneə törətmək ilə bağlı edilən işlər, çox kilolu qadınlarda menapozdan sonra döş xərçənginin ortaya çıxma riskinin, normal kiloda olan qadınlara görə daha çox olduğunu göstərmişdir.
Sağlam qidalanma planına fiziki fəaliyyət də daxil edilməlidir. Məsələn həftədə 3-4 saatlıq bir yürüşlə işə başlaya bilərsiniz. Əgər müalicə görürsünüzsə, daha yüngül bir proqramla başlayıb qarşıdakı vaxtlarda artıra bilərsiniz.
Az yağlı qidalanma
Az yağlı qidalanmağı vərdiş halına gətirmək döş xərçənginin təkrarlama riskini salmağa kömək edir. Bir araşdırma, gündəlik kalori ehtiyaclarının yalnız 25%-ni yağlı qidalardan alan, xüsusilə əvvəlcədən estrogen-qəbuledicilər-mənfi döş xərçəngi keçirmiş qadınlarda, xərçəngin təkrarlanma riskinin düşdüyünü göstərmişdir . Buna əlavə olaraq, meyvə və tərəvəz kimi daha az yağlı məhsullar qidalanmanıza və kilo vermənizə kömək olacaq. Bütün bu dəyişikliklər döş xərçənginin yaranma aşağı riskini salacaq.