Mövqe.az Türkiyə mətbuatına istinadən dünyanın ən qəribə xəstəliklərindən bir neçəsini sizə təqdim edir:
İngilis "Daily Telegraph" qəzetinin xəbərinə görə, hal-hazırda 70-yaşdan yuxarı görünən 26 yaşlı vyetnamlı Nguyen Thi Phuong, bir dəniz məhsuluna göstərdiyi allergik reaksiyadan sonra 50 yaş qocalıb.
Fil Xəstəliyi (Elefantiyazis) - Bu xəstəlik zamanı çox kobud şəkildə əllər və ayaqlar şişir. Əslində, fil xəstəliyi tropik ərazilərdə rast gəlinən bir parazit xəstəliyidir. Ancaq, ona bənzəyən bir çox xəstəlikləri də eyni adla adlandırırlar. Bu xəstəliyə Wuchereria bancrofti, Brugia mala və B. Timori kimi ağcaqanadlar tərəfindən daşınan parazit qurdlar səbəb olur.
Progeria - 80 yaşlı uşaq sindromudur. Progeriaya bir uşağın genetik şifrəsindəki kiçicik, sadə bir qüsur səbəb ola bilər, amma dağıdıcı və həyatını dəyişdirən nəticələrə gətirib çıxarır.
Bu xəstəliklə doğulan bir uşaq, orta hesabla 13 yaşında ölmüş olacaq. Orqanlar normal yaşlanma müddətindən daha sürətli yaşlanır. Erkən saç tökülməsi, ürək xəstəliyi, nazikləşmiş sümüklər və s. kimi fiziki simptomlar inkişaf edir.
Progeria nadir hallarda rast gəlinən xəstəlikdir. Dünyada bu xəstəliklə yaşayan 48 insan var. Hətta, 5 uşağı bu xəstəliyə düçar olan bir ailə də var.
Qurt adam Sindromu. Üzündə qalın tük örtüyü çıxan 2 yaşlı Abys De Jesusiyə həkim Qurt adam sindromu olduğunu bildirib. Xəstəliyə belə adın verilməsinin səbəbi odur ki, bu xəstələrin iti dişləri, pəncələri var və onlar canavara bənzəyirlər.
Mavi dəri xəstəliyi. Mavi dərili insanlar qrupuna daxil olan böyük bir ailə 1960-cı ilə qədər Kentakyada Troublesome dərəsi ətrafındakı təpələrdə yaşayıblar. Bu ailənin üzvlərinin çoxu 80 yaşını keçib və mavi bədəndən başqa ciddi bir xəstəlikləri olmayıb.
Bu xüsusiyyət nəsildən- nəslə keçib. Bu insanlar mavi, açıq mavi, bənövşəyi rəngə yaxın dəriyə sahibdirlər.
Vampir xəstəliyi. Bu xəstəliyə düçar olan insanlar günəşdən əziyyət çəkirlər. Günəş şüaları onların bədəninə dəyərsə, qabarma, şişkinlik baş verir. Bundan başqa, güclü ağrılar da olur. Qan içib tabutlarda yaşamasalar da, vampirə oxşar əlamətlərə sahib olduqları üçün çox əziyyət çəkirlər.
Yeriyən cəsəd sindromu. Bu xəstəliyə sahib olan insanlar ölü olduqlarına inanırlar. Bu bir əqli depressiya və intihar meylləri sindromudur. Bu vəziyyətdə olan insanlar hər şeylərini itirdiklərindən şikayət edir, bütün istəklərini, bədəninin bir qisminin və ya hamısının öldüyünü və yeriyən bir cəsəd olduqlarını düşünürlər. Onlar hətta, qanının olmadığını, ətlərinin çürüdüyünü də hesab edirlər.