Əlaqə Arxiv
news Image
2013.06.21
17:41
| A A A
Kompüterindən belə izlədilər

İngilis tələbə Reyçel Hayndman,xak edilən  kompüterindəki kameradan uzun müddətdir xakerlər tərəfindən izlənildiyini görüb. Movqe.Az-ın məlumatına görə, vanna otağında olan zaman film izləmək üçün kompüterini  özü ilə aparan 20 yaşlı Hayndman, birdən-birə kamerasının yandığını hiss edib. O, "Vanna otağındaydım.  Bir anda sanki bir qarabasma kompüteri istifadə edirmiş kimi bütün proqramlar açılmağa başladı. Kompüterin idarəsini geri ala bilmədim" deyib. Gənc qız, öz məlumatı xaricində birinin onu izləyir ola biləcəyi fikri qarşısında dəhşətə qapıldığını söyləyib. "Daily Mail"in xəbərinə görə, özü də bir kompüter mağazasında işləyən Reyçel polisə müraciət etmək istəyib,  ancaq ona inanmayacaqlarını düşünərək qərarından imtina edib. "Ratting" adı verilən xakerlərin internet vasitəsilə göndərdikləri, ümumiyyətlə bir e-poçt içərisindəki link və ya şəkilə basaraq açılan virusların fərdi kompüterlərə girişi ilk deyil. Xakerlər gənc qızları hədəf seçərək  'arıqlamaq üçün göstərişlər', 'məşhurların hekayələri' adı altında linklər göndərərək qurbanlarının bu linklərə daxil olmalarını gözləyirlər. Linkə basdıqdan sonra kompüterə avtomatik olaraq yüklənən proqram sayəsində xakerlər kompüteri uzaqdan idarə edə bilirlər. Mütəxəssislər baş verə biləcək hücumlardan qorunmaq üçün, kompüterin üzərindəki kameranı bir kağız parçasıyla bağlamağı və anti-virus proqramı yükləməyi təklif edirlər. Virus proqramı istifadə etməyənlər və köhnə proqram istifadə edən kompüterlər asan  hədəfə çevrilir. 

Sizin Reklam Yeriniz