Əlaqə Arxiv
news Image
2013.06.21
17:44
| A A A
"Huawei" Nokianı satın almaq istəyir

Movqe.Az xəbər verir ki, "Huawei", mobil dünyadakı böyümə müddətini Nokianı satın alaraq sürətləndirmək istəyir lakin vəziyyət elə də asan deyil. Nokia hələ də dünyanın ən güclü şirkətlərindən biridir. Çin mərkəzli texnologiya nəhəngi Huawei, son dövrdə mobil dünyaya etdiyi investisiyalar ilə adını xatırlatmağa başlayıb. Vaxtaşırı olaraq aqressiv, bəzən də istehlakçıların lehinə təşəbbüskar bir strategiya izləyən şirkət, mobil dünyadakı inkişafını sürətləndirəcək nəhəng bir həmlə etməyi planlaşdırır. "Huawei" istehlakçı elektronikası iş qrupunun sədri Richard Yu, etdiyi şərhlərdə Nokianın satın alınmasına isti baxdığını söyləyib. Financal Times qəzetinə bir reportaj verən Richard Yu, Nokia ilə bu mövzuda təmasa keçməyə çalışdıqlarını da bildirib.

Sizin Reklam Yeriniz