Əlaqə Arxiv
news Image
2013.06.24
14:59
| A A A
Qocalmanı gecikdirən 13 qida
Bu qidalardan ən azı həftədə 4 dəfə istifadə etmək lazımdır

Mövqe.az Türkiyə mətbuatına istinadən qocalmanı gecikdirən 13 qida və onların faydalarınə sizə təqdim edir: 



Brokoli: Toksinlərin meydana gəlməsinə mane olur. Hüceyrələrin zədələnməsinin qarşısını alır. Xərçəngə qarşı qoruyucu vasitədir. 


Portağal: Damar tıxanıqlığının qarşısını alır. Orqanizmin müqavimətini artırır. 


Vələmir: Qanda xolestrinin miqdarını aşağı salır. Həzm prosesini sürətləndirir. 


Qızıl balıq: Bir porsiya qızıl balığın tərkibində 19 qram zülal və bol miqdarda Omeqa-3 var. Omeqa-3 infarkt riskini azaldır, qan təzyiqini tənzimləyir. 


Pomidor: Antioksidant xüsusiyyətlərə malikdir. Xərçəng və infarkt riskini azaldır. 


Yaşıl noxud: Tərkibi zülal, lif və nişasta ilə zəngindir. Əzələlərin inkişafına kömək edir. Qan xərçənginə qarşı qoruyucudur. Qaraciyərə çox faydalıdır.  


Qoz: Xolestrini salan qoz, damar tıxanıqlığının qarşısını alır. Şəkər xəstəliyinin müalicəsində kömək olur. Tərkibindəki dəmirin sayəsində qan azlığında faydalıdır. 


Böyürtkən: Yaşlılıqla bağlı yaddaş zəifliyinin qarşısını alır. Böyürtkən gözəllik mənbəyi hesab olunur. 


Qatıq: İmmuniteti gücləndirir.Vərəmə arşı təbii antibiotik təsiri göstərir. Stressdən, spirtli, kola kimi içkilərdən zərər görən həzm sistemini qoruyur.


Balqabaq: Bir kiçik boşqab balqabaq, gündəlik beta-karotin ehtiyacının 25 faizini, C vitamini ehtiyacının isə 10 faizini ödəyir. Beta-karotin orqanizmi xərçəngdən qoruyur.


Soya paxlası: 453 qramlıq soya ununda 31 yumurtanın, 6 böyük şüşə südün ehtiva etdiyi qədər zülal var.


İspanaq: Tərkibində katarakta və digər göz təbəqələrinin pozulmasına qarşı lutein maddəsi var. 


Çay: Gündə 2 stəkan çayla 4 alma, 5 soğan, 7 portağal yedikdə qəbul etdiyiniz qədər antioksidant almış olursunuz. 



Sizin Reklam Yeriniz