Movqe.Az xəbər verir ki, vergi ödəməməkdə təqsirləndirilən Messinin, ötən həftə maliyəyə 10 milyon avro ödəmə etdiyi iddia edilir. İmic hüquqları gəlirləriylə əlaqədar 2007 və 2009 illəri arasında vergi ödəməməkdə təqsirləndirilən Barcelonanın Argentinalı futbolçusu Lionel Messinin, 2010 və 2011 illərindəki imic hüquqları gəliriylə əlaqədar ötən həftə maliyeye könüllü olaraq 10 milyon avroluq ödəmə etdiyi iddia edilib. İspan mətbuatında yerləşən xəbərlərdə, Messinin haqqında edilən iddia müraciətindən sonra vəkilləri vasitəsilə 2010 və 2011 illərindəki gəlirləriylə əlaqədar maliyəyə 10 milyon avroluq ödəmə etdiyi ifadə edilib. İspan rəsmi televiziyası TVE və Barcelonada yayımlanan La Vanguardia qəzetinin rəsmi mənbələrə əsaslanaraq verdikləri xəbərlərdə, Messinin ödəməni '"könüllü"' olaraq etdiyi deyilib. Dörd milyon avroya yaxın vergi ödəməməkdə təqsirləndirilən Messi və atası, Barcelonanın Gava Məhkəməsi tərəfindən 17 sentyabrda ifadə verməyə çağrılmışdılar.