Əlaqə Arxiv
news Image
2013.06.25
16:24
| A A A
İki uşaq da istəyirlər

Movqe.Az xəbər verir ki, hazırda altı uşağı olan Bred Pit və Ancelina Coli cütlüyünün daha iki uşaq istədiyi açıqlanıb. İddialara görə, Coli İordaniyadakı qaçqın düşərgəsinə etdiyi ziyarət əsnasında Suriyalı qaçqın uşaqların vəziyyətindən çox təsirlənib və buradan kiçik bir qızı övladlığa götürmə qərarı alıb. Colinin Suriyalı bir uşağı övladlığa götürdükdən sonra da yenidən hamilə qalmağı xəyal etdiyi deyilib. İngilis "The Sun" qəzetinə danışan ailəyə yaxın bir qaynaq "Ancelina və Bred çox uşaq sahibi olmağın yaxşı olduğunu düşünür. Onsuz da bir neçə uşaq sahibi olduqdan sonra ədədlərinin artması çox da bir şeyi dəyişdirmir" deyib. Adını mətbuata açıqlamaq istəməyən şəxs "Coli xüsusilə Suriyadakı vəziyyətdən çox təsirlənib. Oradan bir uşaq övladlığa götürsə dünyanın marağını bölgəyə çəkə biləcəyini düşünür" deyərək sözlərinə davam edib.



Sizin Reklam Yeriniz