Əlaqə Arxiv
news Image
2012.05.10
18:39
| A A A
Baş nazir: "Sənə sadiq ola bilmədim"

Movqe.az ingilis mətbuatına istinadən xəbər verir ki, İngiltərədə keçən il ortaya çıxan skandalda media nəhəngi Rupert Murdoçun sahibi olduğu "News International"ın CEO-yi Rebekah Bruks istefa vermişdi. Skandalla əlaqədar nəşr olunan bir kitab Brukslə İngiltərə Baş naziri David Cameron arasındakı səmimi münasibətlərin olmasını ortaya çıxarıb.

"The Times" qəzetində çalışan Francis Elliott və "The Independent" qəzeti yazıçısı Ceyms Hanningin qələmə aldıqları "Kameron: Praktik mühafizəkardır" adlı kitabında Kameron və Bruks arasındakı əlaqəyə aid detallar qeyd edilib.


"BAŞINI DİK TUTMALISAN"

Kitaba görə, istefasından bir neçə gün əvvəl Bruksun mobil telefonu mesajı göndərən Kameron, "başını tik tutmasını və çətinliklərin öhdəsindən gələcəklərini" yazıb.


"SADİQ OLMADIM"

Bruksun istefasından sonra da hər iki tərəf arasında mesajlaşma trafiki davam edib. Kitabtakı iddialara görə Bruksa göndərdiyi bir mesajında Kameron, əlaqələrinin birdən kəsilməsinin səbəbini, "Üzr istəyirəm səndən, sənin mənə olduğun qədər sadiq ola bilmədim. Ancaq (İşçi Partiyasının lideri) Et Miliband məni məcbur edir" şəklində açıqlama verib.

Bu iddialar sonrasında İngiltərədə Baş nazirlə Bruks arasında romantik bir əlaqənin olub olmadığı müzakirə olunmağa başlayıb. Baş nazirlə kabinet arasındakı əlaqələrə məsul olan nazir Oliver Letvin vəziyyəti, "jurnalistlərlə yaxşı dolanmaq lazımdır, bu işlər belə gedər" deməklə iddiaları cavablandırıb.


MARAQLI ZAMANLAMA

İddiaların ortaya çıxdığı dövr, iddiaların özü qədər diqqət çəkicidir. Cümə günü Bruks, skandalla əlaqədar istintaqı aparan komissiyaya ifadə verəcək. Bruks daha əvvəl verdiyi açıqlamdada, özündən istəniləcyi təqdirdə David Kameronla yazışmalarını məhkəməyə təqdim edə biləcəyini söyləmişdi.



Sizin Reklam Yeriniz