Əlaqə Arxiv
news Image
2013.06.28
15:36
| A A A
Mobil telefonunuzu yay istisindən qorumağın yolları - FOTOLAR

Yayın gəlişi ilə yanaşı qumlar və hovuzlar dolmaya başladı. Lakin telefonlarımız bu mühitləri bizim qədər çox sevmir. Həddindən artıq istilər texnoloji cihazlar baxımından olduqca zərərli ola bilir. Yanımızdan ayırmadığımız ağıllı telefonları istidən qorumaq üçün də diqqətli davranmalıyıq. Movqe.Az, çimərliklərə özümüzlə apardığımız mobil telefonlarınızı istilərdən qorumağın yollarını təqdim edir:

Həddindən artıq istilər telefonunuzun batareyasını, ekranı və digər hissələri üçün mənfi təsirlər yaradır. Günəş şüaları ilə birbaşa təmasda olmaq dərinizlə yanaşı, telefonunuz üçün də zərərli olacaq. Bu səbəblə cihazınızı davamlı olaraq kölgədə tutmağınız mənfi təsirləri bir az azalda bilər.

Telefonu günəş altında unutduğunuzu hiss etsəniz dərhal kölgəyə apararaq yavaş-yavaş soyumasını təmin etmək lazımdır.

Telefonun suyla təması da ən qorxulan vəziyyətlərdən biridir. Telefonun qabı toqquşmaya qarşı dayanıqlı olsa da su, qum və ya toz qarşısında çarəsiz qalır. Bu vəziyyət üçün təklifimiz termoplastik telefon örtükləridir. Telefonunuzu tamamilə örtən bu qoruma örtükləri telefonu sıçrayan su damlaları, qum və tozdan da qoruya bilir.

Suya qarşı daha zəmanətli bir üsul isə DryCASE kimi qoruma qablarıdır. Bu qabların həmçinin qolunuzda daşımağınıza imkan verən aparatı və su keçirməz qulaqlığı da var.







.

Sizin Reklam Yeriniz