Əlaqə Arxiv
news Image
2013.06.28
15:58
| A A A
Üç valideynli körpələr dövrü gəlir

Movqe.Az xəbər verir ki, İngiltərə eyni vaxtda üç fərqli nəfərin genetik materialını daşıyan embrionları çıxaracaq mübahisəli bir süni mayalanma üsulunun tətbiq ediləcəyi ilk ölkə olmağa hazırlaşır. Bəzi ciddi irsi problemlərin qarşısının alınması üçün inkişaf etdirilən bu texnikanın qanunları parlamentdə müzakirə edilməyə başlayıb. Bu eyni zamanda İngiltərənin "germ-line gen terapiyası" na icazə verilən ölkə olduğu mənasına da gəlir. Lakin "Elm genetik mirasımıza nəzarət edə bilərmi?" müzakirəsi də çoxdan başlamış görünür. Mitoxondri içində daşınan xəstəliklər yeni doğulan hər 6500 körpədən birində görülür. Ürək və qaraciyər xəstəliyi, əzələ koordinasiyasının itkisi kimi mitoxondri ilə daşınan xəstəliklərdən çoxu insanlarda yüngül səviyyədə görüldüyü halda, hər il yeni doğulan 5-10 körpədə ciddi sağlamlıq problemləri olur. Səhiyyə naziri Sali Davies, bu tətbiqin növbəti ilin sonuna qədər qanuniləşdirilə biləcəyini bildirib. Davies, "Hazırda etdiyimiz şey, lazımlı tənzimləmələr üçün layihələr yaratmaq və bu qanunları parlamentə təqdim etməkdir. Bu mövzuda irəliləyiş əldə edəcəyimizə ümid edirəm, əgər bacarsaq, dünyada bunu edən ilk ölkə olacağıq "deyib. Prosess müddətində, xəstə bir ananın yumurtasındakı genetik material, sağlam donorun yumurtasına əlavə olunacaq və bu sayədə sağlam mitoxondri doğulacaq körpənin genlərinə daşınmış olacaq. Bu da, doğulacaq körpənin həm ana, həm ata, həm də donor ananın genetik materialını daşıyacağı mənasını verir. Bu texnika doğan uşaqların donor ananın şəxsiyyətini bilməyə haqqı olmayacaq və donor ana rəsmi bir şəkildə valideyn kimi görülməyəcək. "Newcastle" Universitetində professor olan Alison Murdoç, "Bu texnika, sağlam bir körpə istəyən analar üçün yaxşı bir həll yoludur. İngilis hökuməti doğru bir addım atır "deyib.


Ekspertlər nə deyir?

Con Tuk, Tibb Elm Akademiyasının prezidenti: "layihənin parlamentə təqdim edilməsi, bu yeni texnikanın xəstəlik daşıyan ailələrə çatdırılmasında bir gecikmə olmayacağını zəmanət edir."


Dr. Katerin Elliott, Tibb Araşdırmaları Şurası Rəhbəri: "İngilis araşdırmaçıları, etdikləri işləri ciddi xəstəliklərin qarşısını almaq üçün istifadə edə biləcəkləri həyəcanlı bir nöqtəyə gəldilər."


Prof. Doug Turnbull, "Newcastle" Universiteti mitoxondri Araşdırmaları Mərkəzi Rəhbəri: "Bu üsul qadınlara, mitoxondri xəstəliyi daşımayan uşaq sahibi olma şansı verəcək."

Sizin Reklam Yeriniz