Movqe.az xəbər verir ki, ABŞ Ali Məhkəməsinin, homoseksual cütlüklərin evliliklərilə bağlı qanuni haqqlarının heteroseksual cütlüklərlə bərabər hala gətirən qərarı ölkədəki homoseksuallara böyük sevinc yaşadıb. Bir çox şəhərdə şənliklər keçirilib. Bunlardan ən möhtəşəmi "dünyanın homoseksual paytaxtı" olaraq xatırlanan, əhalisinin 18 faizi homoseksual olan San Franciskoda olub. Şəhərin əsas küçə eynicinsliliyinin simvolu göy qurşağı bayraqları dalğalanıb, minlərlə insan, sevinc nümayişləri ilə gey barlar ilə məşhur olan Kastro məntəqəsinə axın edib. Kastronu dolduran coşğulu kütlənin təşəkkür etdiyi kəslərin başında qərara dəstək verən prezident Barak Obama gəlir. Bir çox homoseksual üçün Obama, "Mövcud olmuş ən yaxşı rəhbərdir". Alqışlanan ikinci nəfər isə Ali məhkəmədəki səsvermədə homoseksualları dəstəkləyən hakim Antoni Kennedi olub.