Əlaqə Arxiv
news Image
2013.06.28
17:45
| A A A
Google oyun konsolu işinə girir?

Movqe.Az xəbər verir ki, Google Android oyun konsolu və ağıllı saat layihəsi üzərində işləyir. Ötən günlərdə satışa çıxan və mətbuata əks olunan Android oyun konsolu Ouya, Google'a da ilham vermiş kimi görünür. The Wall Street Journalının xəbərinə görə, Google, Android əsaslı oyun konsolu və Appley- rəqib ola biləcək bir ağıllı saat layihəsi üzərində işləyir. Android ilə əməliyyat sistemləri əsasında dünyadakı ağıllı telefonların 75 faizini əlində saxlayan Google, görünür oyun sektorunda da hakimiyyəti əldə tutmaq istəyir. Microsoft, Sony və Nintendo kimi oyun konsolu nəhəng markalarından fərqli olaraq Android əsaslı oyun konsolu təkmilləşdiriləcək. Google-ın oyun konsolu ilə yanaşı bir də ağıllı saat inkişaf etdirdiyi deyilir. Apple, iWatch adı verilən bir ağıllı saat layihəsi icra edir. Məzmun mövzusunda çox detalı olmayan ağıllı saatın ilin sonunda bazara çıxarılması gözlənilir. Google bu sahədəki ən böyük rəqibiylə də əbədi bir yarışa girəcək kimi görünür. İddialara qarşı Google səlahiyyətliləri səssiz qalıb.

Sizin Reklam Yeriniz