Əlaqə Arxiv
news Image
2012.05.11
14:05
| A A A
Okeandakı gizli varlıq

Movqe.Az xəbər verir ki, fantastik janrlarda olan filmlərdəki canlılar kimi görünən və okeanın dərinliyində yaşayan bu varlığın sirri hələ də heç kimə məlum deyil.

Okeanın dərinliyindəki qaranlıq sularda araşdırma aparan və uzaq məsafədən idarə oluna bilən sualtı kamerası maraqlı görüntülər əldə edib. Təxminən 6 dəqiqəlik videoda kameranın görüş sahəsinə qəhvəyi bir canlının rəsmi ilişib. Varlığın nə olduğu dəqiq bilinməsə də, ən ağlabatan şərh bu varlığın Cənubi Atlantik Okeanında yaşayan 60 santimetr böyüklüyündəki "Deepstaria Enigmatica" növlü dəniz canlısı olmasıdır. Hələlik varlığın yeri və nə olması barədə dəqiq məlumat yoxdur.

Əfqanə Məzahirqızı

Mövqe.Az

Sizin Reklam Yeriniz