Əlaqə Arxiv
news Image
2013.07.03
16:41
| A A A
40 il ərzində eyni paltarda şəkil çəkdirdi

ABŞ-da 40 il ərzində eyni paltarla illik fotoşəkil çəkdirən Deyl İrbi görənləri heyrətə salıb. Movqe.Az-ın məlumatına görə, İrbi Texasdakı "Prestonwood" ibtidai məktəbində bədən tərbiyəsi müəlliminin eyni köynək və şalvarı geyərək hər il çəkdirdiyi illik fotoşəkillərindən ilhamlanaraq belə bir şeyə cəhd etdiyini bildirib. İlk dəfə illik fotoşəkil çəkdirdiyi zaman geydiyi paltarları 2-ci il də fikir vermədən yenə geydiyini və bu vəziyyətdən əvvəl çox utandığını söyləyən İrbi, buna baxmayaraq arvadının 3-cü il onu cəsarıtləndirməsi nəticəsində bu ənənəni davam etdirdiyini bildirib. Həyat yoldaşının cəsarətləndirməsi nəticəsində özünə "Niyə də yox?!" deyən İrbi hər il çəkilən 5 fotoşəkildən sonra davam etmək qərarı aldığını söyləyir. İdman müəllimi olan İrbi hal-hazırda 63 yaşındadır və görüntülərdə hər il çəkdirdiyi vəsiqəlik fotoşəkillərdə eyni paltarla olan şəkilləri var. Eyni paltarı geyərək fotoşəkil çəkdirdiyi günləri "Groundhog Day" olaraq adlandıran İrbi bu günlərdə üzərinə polyester, iti yaxalı köynək və qəhvəyi poliver geyərək fotoşəkil çəkdirir.

Sizin Reklam Yeriniz