Əlaqə Arxiv
news Image
2013.07.03
16:40
| A A A
Yaxşı yatmaq ürək riskindən qoruyur

Movqe.Az BBC-ə istinadən xəbər verir ki, gecə 7 və ya daha çox saat yatmaq ürəyə xeyirli olmaqla yanaşı sağlam həyat tərzi üçün də vacibdir.  Tədqiqatlara görə, bəzi ənənəvi məsləhətlərdən (idmanla məşğul olmaq, içki içməmək, siqaret çəkməmək) daha çox kifayət qədər yuxu yatmaq ürək xəstəliklərindən ölmə riskini azaldır. Avropalı alimlərin sözlərinə görə, kifayət qədər yuxu yatmaq ictimai sağlamlığa kifayət qədər təsir göstərir. Nəzəri olaraq, yaxşı yatmağın ürək və iflic olma riskindən yaranan ölümlərin qarşısını aldığı təyin olunub. Hollandiya lı həkimlər bu xəstəliklərlə bağlı 14000-dən çox kişi və qadın üzərində 10 ildən çox zaman mddətində tədqiqat aparıb. Sonda məlum olub ki, təxminən 600 fərd ürək xəstəliyindən və iflicdən əziyyət çəkib və onlardan cəmi 129-u dünyasını dəyişib. 

Sizin Reklam Yeriniz