Sinəsindən ət yeyən böcək tapılıb
İngiltərədə yaşayan Natalie Tomasonun həyatı tətildə özünü dişləyən bir böcəklə kabusa dönüb. Movqe.Az-ın xəbərinə görə, əvvəl vəziyyətə çox əhəmiyyət verməyən Tomasonu cəmi 3 dəfə böcək dişlədikdən sonra sinəsi göyərib, şiddətli ağrılar və iy verməyə başlayıb. Tomasonun ağrılarının səbəbinin isə Misirdə onu dişləyən ağcaqanaddan sonra sinəsinə ət yeyən böcəklərin yerləşdiyi aydın olub. Ölümdən dönən bəxtsiz qadın yaşadıqlarını belə izah edib: böcəklərə qarşı özümü qorumağa çalışırdım. Qorunmaq üçün sprey istifadə etmişdik. Ancaq görünən odur ki, kifayət qədər qorunmadım.