Əlaqə Arxiv
news Image
2013.07.04
17:59
| A A A
Qırmızı agent Anna, Snovdenə evlilik təklif etdi

Movqe.Az xəbər verir ki, ABŞ kəşfiyyat xidməti CIAin sirlərini dünyaya açan qaçaq agent Edvard Snovdenin iddiasında gözlənilməz bir inkişaf yaşanıb. Üç il əvvəl yenə ABŞ tərəfindən Rusiya adına casusluq edərkən Nyu Yorkda tutulan və ölkəsinə göndərilən "qırmızı agent" ləqəbli Anna Çapman, Snovdenə evlilik təklifi edib. Bütün dünya Moskva hava limanında sıxışıb qalan köhnə agent Snovdenin arxasından qaçarkən "Agentin halından ən yaxşı yenə agent anlar" şəklində bir mesaj atan Anna, "Snov mənlə evlənəesənmi?" deyib. Tvitter hesabından Snovdenə mesaj çəkən Annaya Snovdenin müsbət və ya mənfi cavab verib vermədiyi isə hələlik bilinmir. Rusiyadakı hüquqşünaslara görə Edvard Snovdenin qırmızı agent Anna Çapman ilə evləndikdən sonra Rusiyada qalma ehtimalı artırmış olur. Snov, Çapman ilə evlənməyi qəbul etsə Rus biriylə evləndiyi üçün siyasi sığınacaq tələb etməsinə gərək qalmayacaq.

Deşifrə olan iki agentin evlənməsi vəziyyətində Rusiya və ABŞ arasında yaşana biləcək siyasi böhranın qarşısının alına biləcəyi də danışılan mövzular arasında yer alıb.

Sizin Reklam Yeriniz