Əlaqə Arxiv
news Image
2013.07.05
17:18
| A A A
Galaxy Note 3 haqqında yeni söz-söhbətlər!

Movqe.Az xəbər verir ki, yeni ortaya çıxan məlumatlara görə Galaxy Note 3 hazırkı Note 2-dən daha incə bir dizayn nümayiş etməklə yanaşı, həm də daha uzun batareya ömürü təmin edə biləcək. İnternetə sızan məlumatlara görə Samsung Galaxy Note 3, 8mm qalınlığında və 183 qram ağırlığında olacaq.  Daha əvvəl 3GB RAM ilə gələcəyi deyilən Note 3-ün, daha sonra bəzi mənbələrdən gələn məlumatlara görə yalnız LTE modelində 3GB RAMa sahib olacağı deyilmişdi. Bu məlumata görə 3G əlaqəli model, 2GB RAM ilə gələcəkdi. Lakin ən son hesabatlar, telefonun hər iki distributivinin də 3GB RAM ilə gələcəyini iddia edir. Deyilən başqa məlumat isə Galaxy Note 3-ün 4 Sentyabrda tanıdılacağıdır.

Sizin Reklam Yeriniz