Əlaqə Arxiv
news Image
2020.04.08
21:29
| A A A
Havanın istiləşməsi koronavirusa necə təsir edəcək? - PROQNOZ

Virusoloq və Nyu-York Elmlər Akademiyasının üzvü Anatoli Altşteyn isti havanın koronavirusa təsirini proqnozlaşdırıb.

Mövqe.az xəbər verir ki, mütəxəssisin fikrincə, bahar istisi virusa yoluxma sürətinə o qədər də təsir etməyəcək. Ancaq yay yaxınlaşdıqda, onun yayılması yavaşlaya bilər. Eyni zamanda qeyd edib ki, tənəffüs xəstəliklərinin epidemiyaları ümumiyyətlə, ilin isti olmayan vaxtlarında baş verir, çünki yayda insanlar onlara daha az həssasdırlar.

Bundan əlavə, yoluxma faizinə vətəndaşların özünü təcrid etməsi və görülən digər tədbirlər təsir edəcək. Altşteyn qeyd edib ki, təxminən bir həftədən sonra nəticələr özünü göstərə biləcək.

Məlumat üçün bildirək ki, Rusiya Hidrometeorologiya Mərkəzinin elmi rəhbəri Roman Vilfand koronavirusun yayılmasının birbaşa iqlimdən asılı olmasını təsdiq etməmişdi. Ekspertlər günəş işığının koronavirusun fəaliyyətinə müəyyən dərəcədə təsir etdiyini desə də, belə bir ifadə üçün güclü sübutların lazım olduğunu bildiriblər. (publika.az)

Sizin Reklam Yeriniz