Əlaqə Arxiv
news Image
2013.07.10
15:30
| A A A
Sürücülərə şad xəbər!

Movqe.Az "CNN"ə istinadən xəbər verir ki, Peyk naviqasiyası firması Garmin avtomobil sürücüsünə ön şüşədən addım-addım yol göstərən bir cihaz və tətbiq təkmilləşdirib. Bu portativ ekran, Garmin tətbiqi istifadə edən ağıllı bir telefon ilə istiqamət təlimatlarını və bir çox digər məlumatları ön şüşəyə əks etdirə bilir. Ön şüşədə istəyə görə; istiqamət göstərən oxlar, məsafə, vasitənin sürəti və sürət limitləri görülə bilir. Məlumatlar ön şüşəyə, ya Garmin qurğusundan əks etdirici şüşələrin vasitəsilə ya da şüşəyə yapışdırılan şəffaf bir plastik ekran üzərindən köçürülür.

Bu sistem eyni zamanda səsli təlimatları da, ya ağıllı telefonun dinamikaları və ya avtomobilin blutuz qısa dalğa radio texnologiyası ilə çalışan səs sistemi vasitəsilə ötürə bilir. Peyk naviqasiyası sistemini ehtiva edən tətbiqin iPhone, Android və Windows Phone 8-də istifadə edilməsi mümkün olacaq.

Sizin Reklam Yeriniz