Movqe.Az xəbər verir ki, elm adamları ilk dəfə Günəş sistemimizin xaricindəki bir planetin həqiqi rəngini təyin edib. 63 işıq ili uzaqlıqdakı "HD 189733b" adlı planet, xarici atmosferindəki ərimiş şüşə yağışları səbəbiylə gömgöy bir görünüşə malikdir. NASA-ın Habl kosmos teleskopunu istifadə edən alimlər, HD189733b-in görünüşüylə Yeri xatırlatdığını, lakin tünd mavi rəngə sahib olduğunu bildirib. Planetdə fövqəladə atmosfer şərtləri olduğu düşünülür. Səthdə saatda 7 min 242 kilometr sürətlə əsən küləklər və təxminən 1094 dərəcəlik hava istiliyi olduğu müəyyən olunub. Bu şiddətli fırtınalar və həddindən artıq istilik səbəbiylə atmosferdəki silikat şüşəyə çevrilib yağış kimi yağır. İnsanoğlunun kövrək quruluşuna görə "həddindən artıq" olan təbiət hadisələri səbəbiylə HD189733b kosmosda "tünd mavi bir nöqtə" kimi görünür.