Dünya Mirası Siyahısındakı mərcanlara bomba
Movqe.Az xəbər verir ki, ABŞ-ın iki döyüş
təyyarəsi, təhsil manevri müddətində Avstraliyanın Dünya Mirası
Siyahısında olan Böyük Mərcan qayasına təxminən 2 ton ağırlığında 4
bomba buraxıb. ABŞ 7-ci donanması, çərşənbə axşamı günü iki Harrier
tipli döyüş təyyarəsinin manevrdə yaşanan axsaqlıq səbəbiylə
bombaları qayalığa buraxdığını, ola biləcək ziyanı minimuma
endirmək üçün bombaların mərcan qayalığından uzaq bir kanala
buraxıldığını bildirib. Amerikalı və Avstraliyalı 28 min əsgərin
vəzifə aldığı Talisman Saber manevri üç həftə davam edəcək.