Movqe.Az xəbər verir ki, Nokia-ın maraqla gözlənilən telefonu Nokia Lumia 625 tanıdılıb. .Lumia ardıcıllığının içindəki ən böyük ekrana sahib olan Lumia 625, 4.7 düym ölçüsündə, Gorilla Glass 2 qorumalı, 800 x 480 IPS LCD ekranı olan Lumia 625, istifadəçilərdən böyük maraq görəcək. Nokia Lumia 625-in sahib olduğu texniki xüsusiyyətlər böyük maraq toplayıb.1GB RAM, 5 MP arxa kamera, VGA ön kamera, cüt nüvəli 1.2 GHz Qualcomm Snapdragon kimi xüsusiyyətləriylə S4 -ü xatırladan, Nokia Lumia 625 bugün tanıdılıb. 8GB daxili saxlama sahəsinə sahib telefon Windows Phone 8 əməliyyat sistemiylə istifadəçilərin qarşısına çıxıb. 7GB SkyDrive bulud saxlama, 64GB microSD kart dəstəyi, 2.000mAH batareya isə cihazın diqqət çəkən digər xüsusiyyətləridir. Qiyməti hələ açıqlanmayan Nokia Lumia 625, istifadəçilərin qarşısına narıncı, yaşıl, sarı, qara və ağ rəng variantlarıyla çıxacaq.