Əlaqə Arxiv
news Image
2012.05.14
13:46
| A A A
Şirniyyat qəbul edənlər yaşlı görünür

Movqe.Az xəbər verir ki, Hollandiyada aparılan bir araşdırmada şirniyyat qəbul edənlərin olduqlarından daha yaşlı göründükləri məlum olub.

Hollandiya Leiden Universitetindən Diana van Heemst və qrupu tərəfindən aparılan araşdırmada 569 nəfər insan qrup şəklində 3 yerə ayrılıb və hamısının yeməkdən sonra qanlarındakı şəkər nisbəti ölçülüb. Bundan əlavə, ekspertlər 33 nəfərdən ibarət şəkər xəstəsi bir qrupun da qan dəyərlərini ölçüb.

Sonra, 60 müşahidəçiyə iştirakçıların fotoşəkilləri göstərilib və şəkildəkilərin yaşlarının söylənilməsi istənilib.

Nəticələrə görə, qanda şəkəri yüksək çıxan kəslərin yaşlarının olduğundan daha böyük söylənildiyi məlum olub. Araşdırmalar əsnasında inanların gərçək yaşı, siqaret vərdişi və günəş vannası qəbul etmə sıxlıqları da diqqətə alınıb.


Sizin Reklam Yeriniz