Əlaqə Arxiv
news Image
2013.07.24
19:05
| A A A
Mentollu siqaretlər daha risklidir?

Movqe.Az xəbər verir ki, Amerikalı mütəxəssislər, mentollu siqaretlərin normal siqaretlərdən daha böyük sağlamlıq riski meydana gətirdiyini açıqlayıb. Amerikan Qida və Dərman Dairəsi (FDA) səlahiyyətliləri, edilən araşdırmalarda gəldikləri bir nəticəyə görə, mentolun siqareti atmağı çətinləşdirdiyi qənaətindədir. Araşdırma, ilk siqaretləri mentollu olan gənc istifadəçilərin 40 faizindən çoxunun, sonrakı dövrlərdə də mentollu siqaret çəkməyə davam etdiyini aşkar edib. Qida və Dərman Dairəsi Rəhbəri Margaret Hamburg, mentollu siqaretlərin əhalinin sağlamlığı baxımından kritik sual işarələri yaratdığını və bu məhsullarla əlaqədar qayda və məhdudiyyətləri artıra biləcəyini söyləyib. Tütün şirkətləri, içimi yumşaltmaq məqsədiylə bəzi siqaret markalarını mentollu variantlarla də bazara təqdim edir. Siqaret əleyhdarı bəzi gruplarsa mentollu siqaretlərin tamamilə qadağan edilməsi çağırışındadır.

Sizin Reklam Yeriniz