Əlaqə Arxiv
news Image
2020.07.07
17:04
| A A A
Nyu-Yorkda quşla toqquşan təyyarə təcili eniş etdi
Nyu-Yorkda ABŞ-ın "Delta Airlines" aviaşirkətinin təyyarəsi Con Kennedi hava limanında təcili eniş etməli olub. Trend-in məlumatına görə, buna təyyarənin quşla toqquşması səbəb olub. Qeyd olunur ki, Floridadan Nyu-Yorka uçan "Airbus A319" La Quardiya hava limanında eniş etməli olsa da, insidentdən sonra digər hava limanında eniş edib. Təyyarədə 43 sərnişin olub. Xəsarət alanların olmadığı deyilir. Toqquşmadan sonra təyyarənin burun hissəsində əzik yaranıb.
Sizin Reklam Yeriniz