Movqe.Az xəbər verir ki, Almaniyada edilən bir araşdırma 2001-ci ildə məzun olan 500 universitet məzunundan yalnız 5-in işsiz olduğunu aşkar edib. Məzunların 85 faizi etdiyi işdən məmnundur. Universitetdən məzun olmağın əvəzi isə ailə qurmağın təxirə salınması şəklində özünü göstərir. Almaniyada işsizliyə qarşı ən yaxşı sığortanı universitet təhsili meydana gətirir. Universitet sahəsində araşdırmalar edən His İnstitutunun Federal Təhsil Nazirliyi tərəfindən də dəstəklənilən araşdırmada ortaya çıxan mənzərə bunu göstərir. Sözügedən araşdırma üçün 2001-ci ildə məzun olan 500 nəfərə nizamlı aralıqlarla nə iş gördükləri soruşulub. Araşdırma əhatəsinə alınan universitet məzunlarının arasında işsizlik nisbəti cəmi bir faizdir. Almaniya daxilində isə 6,6 faiz civarındadır (2 milyon 285 min). Yenə universitet məzunlarından 41 faizi idarəçi mövqesinə yüksəlmiş vəziyyətdədir. Universitet məzunlarından yalnız 3 faizi öz təhsilinə uyğun olmayan bir işdə çalışdığını söyləyib. Yenə hər 10 məzundan 9-u bir işdə çalışır. Yenə hər dörd məzundan biri sərhədsiz iş müqaviləsinə sahibdir, 15 faizi isə sərbəst peşə sahibidir. Universitet məzunlarının bir ildə əldə etdikləri gəliri isə 63 min avrodur.